https://news.day.az/azerinews/1752526.html Azad olunmuş üç rayonda qara və əlvan metalların geoloji axtarışları aparılacaq Azərbaycanın azad edilmiş ərazilərində qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi ilə bağlı işlərə başlanılır. Day.Az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib Məlumata görə, qeyd olunan xidmətlər çərçivəsində buruq qazma və köməkçi işləri həyata keçiriləcək.

Azad olunmuş üç rayonda qara və əlvan metalların geoloji axtarışları aparılacaq

Azərbaycanca, 14 мая 2025 09:44 (UTC +04:00) 442
Azad olunmuş üç rayonda qara və əlvan metalların geoloji axtarışları aparılacaq

Azərbaycanın azad edilmiş ərazilərində qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi ilə bağlı işlərə başlanılır.

Day.Az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib

Məlumata görə, qeyd olunan xidmətlər çərçivəsində buruq qazma və köməkçi işləri həyata keçiriləcək.

Məlumata görə, sözügedən işlər Ağdam və Ağdərə rayonları ərazisində yerləşən Qalayçılar sahəsində, Xocavənd rayonunun Qızılqaya və Binə sahələrində, Laçın rayonunun Köhnəkənd sahəsində icra ediləcək.

Belə ki, artıq bununla bağlı Geoloji Kəşfiyyat Agentliyi müvafiq işlərə başlayıb.

Agentlik qeyd olunan işlərin 194,6 min manata başa gələcəyini ehtimal edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости