https://news.day.az/azerinews/1755333.html Bakının bu istiqamətinə işləyən avtobusların intervalı azalacaq Paytaxtın Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Day.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bakının bu istiqamətinə işləyən avtobusların intervalı azalacaq

Azərbaycanca, 24 мая 2025 16:37 (UTC +04:00) 671
Bakının bu istiqamətinə işləyən avtobusların intervalı azalacaq

Paytaxtın Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Day.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости