https://news.day.az/azerinews/1775443.html Birinci yarımildə Türkmənistandan Azərbaycana gələn turistlərin sayı artıb Cari ilin yanvar-iyun aylarında Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579 nəfər olub. Day.Az bu barədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib. Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb.

Birinci yarımildə Türkmənistandan Azərbaycana gələn turistlərin sayı artıb

Azərbaycanca, 22 августа 2025 10:55 (UTC +04:00) 464
Birinci yarımildə Türkmənistandan Azərbaycana gələn turistlərin sayı artıb

Cari ilin yanvar-iyun aylarında Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579 nəfər olub.

Day.Az bu barədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.

Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cü ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15 396 nəfər idi.

Ümumilikdə isə 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1,2 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости