https://news.day.az/azerinews/1817326.html Bakıda 26 dərəcə isti var - FAKTİKİ HAVA Ölkə ərazisində fevralın 20-də saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

Bakıda 26 dərəcə isti var - FAKTİKİ HAVA

Azərbaycanca, 20 февраля 2026 10:26 (UTC +04:00) 320
Bakıda 26 dərəcə isti var

Ölkə ərazisində fevralın 20-də saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı və küləkli keçib. Güclü şimal-qərb küləyi səhər saatlarından zəifləyib.

Düşən yağıntının miqdarı Naxçıvan, Şahbuz, Astara, Daşkəsən, Balakən, Qax (Sarıbaş), Xaçmaz, Zaqatala, Quba, Şahdağ, Sabirabadda 1 mm-dək qeydə alınıb.

Fevralın 19-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 18, Aran rayonlarında 25, dağlıq rayonlarda 15 dərəcəyədək isti müşahidə olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости