https://news.day.az/azerinews/1855294.html Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqlənib Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb. Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqlənib

Azərbaycanca, 21 августа 2026 15:48 (UTC +04:00) 147
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Fərmanla 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş" təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости