https://news.day.az/azerinews/1855300.html Azərbaycan və Türkmənistan arasında gömrük statistikası sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə Fərman imzalayıb. Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Azərbaycan və Türkmənistan arasında gömrük statistikası sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib

Azərbaycanca, 21 августа 2026 15:52 (UTC +04:00) 201
Azərbaycan və Türkmənistan arasında gömrük statistikası sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə Fərman imzalayıb.

Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Fərmanla 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости