https://news.day.az/azerinews/1856639.html
Uzunömürlülük üçün ət həftədə bir dəfədən çox yeyilməməlidir
Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner daha sağlam və uzun ömür üçün ət istehlakının məhdudlaşdırılmasını tövsiyə edib. Day.Az xəbər verir ki, onun sözlərinə görə, uzunömürlü insanların qidalanmasında ət əsas yemək deyil, daha çox qarnir kimi istifadə olunur.
Uzunömürlülük üçün ət həftədə bir dəfədən çox yeyilməməlidir
Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner daha sağlam və uzun ömür üçün ət istehlakının məhdudlaşdırılmasını tövsiyə edib.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, uzunömürlü insanların qidalanmasında ət əsas yemək deyil, daha çox qarnir kimi istifadə olunur.
Mütəxəssis bildirib ki, uzunömürlü insanların əksəriyyəti ayda orta hesabla beş dəfə ət yeyir. Bu, ildə adambaşına 10 kiloqramdan az ət istehlakı deməkdir.
Byuttner ət yeməkdən tamamilə imtina etməyə ehtiyac olmadığını vurğulayıb. O, ət istehlakını həftədə bir dəfə və ya daha az tezliyə endirməyi tövsiyə edib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре