https://news.day.az/azerinews/1857098.html Azərbaycanda balıq ovu mövsümü açıldı Azərbaycanda sentyabrın 1-dən etibarən balıq ovu mövsümü açıq elan olunub. Day.Az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb. Bildirilib ki, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium sentyabrın 1-dən başa çatıb.

Azərbaycanda balıq ovu mövsümü açıldı

Azərbaycanca, 1 сентября 2026 12:59 (UTC +04:00) 179
Azərbaycanda balıq ovu mövsümü açıldı

Azərbaycanda sentyabrın 1-dən etibarən balıq ovu mövsümü açıq elan olunub.

Day.Az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb.

Bildirilib ki, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium sentyabrın 1-dən başa çatıb.

Bu tarixdən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu həyata keçirilə bilər.

Balıqçılıq və Akvakultura Mərkəzi balıq ovu ilə məşğul olan şəxsləri müəyyən edilmiş qaydalara riayət etməyə, su bioresurslarının qorunmasına həssas yanaşmağa və məsuliyyətli balıqçılıq prinsiplərinə əməl etməyə çağırıb.

Qeyd olunub ki, mövsüm ərzində su hövzələrində balıq ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl edilməsi istiqamətində müvafiq qurumlarla birgə nəzarət tədbirləri davam etdiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости