Xüsusi linzalar uşaqlarda miopiyanın inkişafını 70%-dən çox ləngidə bilər
İkiillik klinik araşdırmada 6-12 yaş arası 159 uşaq müşahidə edilib. Nəticələrə görə, xüsusi yüksək asferik linzalardan istifadə edən uşaqlarda miopiyanın artımı orta hesabla 0,25 dioptriya, adi eynək taxanlarda isə 0,90 dioptriya olub.
Day.Az xəbər verir ki, araşdırmaya əsasən, xüsusi linzalar miopiyanın inkişafını 70%-dən çox, göz almasının uzanmasını isə 53% ləngidib. Təsir xüsusilə 6-8 yaşlı uşaqlarda nəzərə çarpıb və bu qrupda görmənin pisləşməsi 87% daha az olub.
Bununla belə, mütəxəssislər nəticələrin ümidverici olduğunu, lakin uzunmüddətli təsirin hələ tam məlum olmadığını bildirirlər. Tədqiqat yalnız iki il davam etdiyindən, bu linzaların illər ərzində görməni nə dərəcədə qoruduğunu müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре