https://news.day.az/azerinews/1857506.html Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub: "Zati-aliləri...

Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

Azərbaycanca, 3 сентября 2026 11:17 (UTC +04:00) 179
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости