https://news.day.az/azerinews/1857586.html Parkinqdə bunu edənlər CƏRİMƏLƏNƏCƏK Son zamanlar bəzi sürücülərin küçələrdə parkinq yerlərini öncədən rezerv edərək digər sürücülərə maneə yaratdığı ilə bağlı narazılıqlar mövcuddur. Mövcud qanunveriliciyin məsələ ilə bağlı tələbləri var.

Parkinqdə bunu edənlər CƏRİMƏLƏNƏCƏK

Azərbaycanca, 3 сентября 2026 16:23 (UTC +04:00) 236
Parkinqdə bunu edənlər

Son zamanlar bəzi sürücülərin küçələrdə parkinq yerlərini öncədən rezerv edərək digər sürücülərə maneə yaratdığı ilə bağlı narazılıqlar mövcuddur. Mövcud qanunveriliciyin məsələ ilə bağlı tələbləri var.   

Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ümumi istifadədə olan parklanma yerlərinin əvvəlcədən rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılması qəti şəkildə qadağandır. Bu hüquqi qadağa "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin XXIII hissəsində (Nəqliyyat vasitələrinin parklanması) açıq şəkildə öz əksini tapmışdır. Qanunun məqsədi hər bir sürücünün dövlətə məxsus boş dayanacaq yerlərindən bərabər və sərbəst şəkildə istifadə hüququnu qorumaq, fərdi şəxslər və ya obyektlər tərəfindən yerlərin qanunsuz zəbt edilməsinin qarşısını almaqdır. 

Sözügedən qaydanın pozulması, yəni parklanma yerinin rezervasiya edilməsi inzibati xəta hesab olunur və buna görə 20 manat məbləğində cərimə nəzərdə tutulur. Bu cərimə sanksiyası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.4-cü maddəsi ilə tənzimlənir. Qeyd olunan maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş parklanma yerlərini maneələr (məsələn: dəmir dirəklər, konuslar, kəndirlər və s.) qoymaqla zəbt edən şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости