https://news.day.az/azerinews/1858537.html Asim Babayevə hökm oxundu Hərbi çağırışçılarla bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asim Babayevə hökm oxundu

Azərbaycanca, 8 сентября 2026 13:15 (UTC +04:00) 151
Asim Babayevə hökm oxundu

Hərbi çağırışçılarla bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Day.Az apa-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs edilib.

İttihama görə, təqsirləndirilən Asim Babayev zərərçəkmişlərə həkim komissiyasından pensiya təminatı təşkil edəcəyi vədi verərək 13 min manatdan çox vəsaiti dələduzluq yolu ilə əldə edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости