https://news.day.az/azerinews/1858633.html Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər – Somnoloq xəbərdarlıq etdi Mikroyuxu zamanı insanın beyni bir neçə saniyəlik yuxu rejiminə keçə və şüur qismən itə bilər. Rusiyalı somnoloq Mixail Poluektov bildirib ki, bu hal xüsusilə sükan arxasında təhlükəlidir. Day.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, mikroyuxu zamanı sürücü yoldakı vəziyyətin dəyişməsinə vaxtında reaksiya verə bilməz.

Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər – Somnoloq xəbərdarlıq etdi

Azərbaycanca, 9 сентября 2026 02:19 (UTC +04:00) 143
Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər

Mikroyuxu zamanı insanın beyni bir neçə saniyəlik yuxu rejiminə keçə və şüur qismən itə bilər. Rusiyalı somnoloq Mixail Poluektov bildirib ki, bu hal xüsusilə sükan arxasında təhlükəlidir.

Day.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, mikroyuxu zamanı sürücü yoldakı vəziyyətin dəyişməsinə vaxtında reaksiya verə bilməz.

Bu vəziyyət uzunmüddətli və monoton iş zamanı daha çox müşahidə olunur.

Poluektov qeyd edib ki, mikroyuxunun əlamətləri arasında məlumatı qavramaqda çətinlik və mənasız danışmaq da var. O, belə hallarda diqqətli olmağın, xüsusilə avtomobil idarə edərkən yuxululuğa yol verməməyin vacibliyini vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости