https://news.day.az/azerinews/1859539.html Bu əmələ görə xuliqan sayıla bilərsiniz - 3000 MANATADƏK CƏRİMƏ VƏ YA HƏBS İctimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunur.

Bu əmələ görə xuliqan sayıla bilərsiniz - 3000 MANATADƏK CƏRİMƏ VƏ YA HƏBS

Azərbaycanca, 12 сентября 2026 13:27 (UTC +04:00) 294
Bu əmələ görə xuliqan sayıla bilərsiniz

İctimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunur.

Bu xətanı törədən fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları ilə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs cəzasına məhkum olunurlar. Əgər tabesizlik nəqliyyat vasitəsini idarə edərkən polisin "saxla" işarəsinə qarşı edilibsə, bu halda sürücü eyni məcəllənin 327.3-cü maddəsinə əsasən 100 manat cərimə və 4 cərimə balı ilə cəzalandırılır. 

Xuliqanlıq isə polisin əmrinə tabe olmaqdan daha çox, cəmiyyətə və ictimai mühitə qarşı yönələn hörmətsizlik formasıdır. Əgər törədilən əməl fiziki zor tətbiq etmədən, əmlaka zərər vurmadan sadəcə ictimai asayişi və vətəndaşların dincliyini pozan söyüş söymək, narahatlıq yaratmaq kimi hərəkətlərlə müşayiət olunarsa, bu, xırda xuliqanlıq sayılır. İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən xırda xuliqanlığa görə 50 manatdan 100 manatadək cərimə tətbiq olunur, bu kifayət etmədikdə isə 15 günədək inzibati həbs cəzası verilir.

Əgər xuliqanlıq hərəkətləri daha ağır xarakter alarsa, yəni vətəndaşlara qarşı fiziki zor tətbiq etməklə, yaxud zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə törədilərsə, bu artıq inzibati xəta deyil, cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsinə əsasən belə cinayət əməlləri törədildikdə şəxs 1000 manatdan 3000 manatadək cərimə, reallıqdan asılı olaraq ictimai işlər, islah işləri və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Əgər bu əməl silah və ya silah qismində əşyalardan istifadə edilməklə törədilərsə, cəza 2 ildən 5 ilə, hətta 7 ilədək azadlıqdan məhrumetməyə qədər ağırlaşır. 

Nəsimi Ələsgərli 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости