https://news.day.az/azerinews/1859951.html Bəzi ixtisaslarda 3 illik təhsil mümkündür - Nazir Bəzi ixtisaslarda 3 illik təhsil mümkündür. Amma 12 illik təhsilə keçid nəzərdə tutulmur. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib. E. Əmrullayev qeyd edib ki, təhsilalanların yaşı da nəzərə alınmalıdır.

Bəzi ixtisaslarda 3 illik təhsil mümkündür - Nazir

Azərbaycanca, 14 сентября 2026 16:21 (UTC +04:00) 203
Bəzi ixtisaslarda 3 illik təhsil mümkündür

Bəzi ixtisaslarda 3 illik təhsil mümkündür. Amma 12 illik təhsilə keçid nəzərdə tutulmur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

E. Əmrullayev qeyd edib ki, təhsilalanların yaşı da nəzərə alınmalıdır.

"Məsələn turizimin təşkili ixtisasını bəlkədə 3 il oxumaq olar. Amma hüquq kimi ixtisasda düşünmək lazımdır. Mənə görə, mühəndis hazırlamaq kifayət qədər çətindir.

Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndidə bəzi ixtisaslar 5 il, bəzisi 4 ildir. Bu peşənin mahiyyətindən aslıdır", - deyə nazir bildirib.

E. Əmrullayev əlavə edib ki, ixtisasların müddəti müzakirə edilməlidir.

"Bu zaman qoşulduğumuz beynəlxalq sənədləri nəzərə almalıyıq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости