https://news.day.az/azerinews/1860116.html Qlobal aləmdə TDT-nin rolu artır - Pirinççi Türk Dövlətləri Təşkilatı hazırda ən effektiv təşkilardan biridir, onun regional və qlobal aləmdə rolu artır.

Qlobal aləmdə TDT-nin rolu artır - Pirinççi

Azərbaycanca, 15 сентября 2026 11:28 (UTC +04:00) 191
Qlobal aləmdə TDT-nin rolu artır

Türk Dövlətləri Təşkilatı hazırda ən effektiv təşkilardan biridir, onun regional və qlobal aləmdə rolu artır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin köməkçisi Fərhad Pirinççi "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası zamanı deyib.

O qeyd edib ki, təşkilat olaraq görülən işıər bəllidir və bundan daha çox işlər görüləcək.

"Bu panel sessiyası bütün türk dövlətlərində həyata keçirləcək. Burada bizim əsas məqsədimiz TDT Zirvə görüşünə gedən yolda müştərək fikir mübadiləsi aparmaq, təcrübə mübadiləsi etməkdir. Bu TDT-nin regional və beynəlxalq aktor kimi özünü təkmilləşdirməsi baxımından çox önəmlidir. Amma, sözsüz, bu gün bizim olduğumuz vəziyyət hələ yetərli deyil, daha da inkişaf edəcək, çünki bu potensial TDT də var",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon" adlı panel iclası keçirilir.

İclasda Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin və Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, hər iki ölkədən ekspertlər, media nümayəndələri iştirak edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости