https://news.day.az/azerinews/1860287.html Uşağınız gec danışırsa, bu əlamətlərə diqqət edin Uşağın gec danışması hər zaman inkişaf geriliyindən xəbər vermir. Əgər uşaq deyilənləri anlayır, sadə tapşırıqları yerinə yetirir və yaşına uyğun digər bacarıqlara yiyələnirsə, vəziyyəti müşahidə etmək mümkündür.

Uşağınız gec danışırsa, bu əlamətlərə diqqət edin

Azərbaycanca, 16 сентября 2026 05:55 (UTC +04:00) 275
Uşağınız gec danışırsa, bu əlamətlərə diqqət edin

Uşağın gec danışması hər zaman inkişaf geriliyindən xəbər vermir. Əgər uşaq deyilənləri anlayır, sadə tapşırıqları yerinə yetirir və yaşına uyğun digər bacarıqlara yiyələnirsə, vəziyyəti müşahidə etmək mümkündür. Lakin müəyyən yaş dövrlərində səs və hecaların olmaması, nitqi anlamama və ya əvvəl qazandığı bacarıqları itirməsi narahatlıq doğuran əlamətlərdir.

Day.Az xəbər verir ki, xüsusilə uşağın əvvəllər dediyi sözləri sonradan itirməsi, göz təması və jestlərin olmaması, barmaq uclarında yeriməsi, əşyaları tez-tez əlindən salması və digər nevroloji əlamətlərə diqqət yetirilməlidir.

Üç yaşında uşağın 3-4 sözdən ibarət cümlələr qura bilməməsi, sadə suallar verməməsi və nitqinin ətrafdakılar tərəfindən çətin anlaşılması da mütəxəssisə müraciət üçün səbəb sayılır.

Nevroloqun sözlərinə görə, belə hallarda uşağın eşitmə qabiliyyətinin yoxlanılması və lazım gəldikdə digər müayinələrin aparılması vacibdir. Həmçinin söz ehtiyatı bir neçə ay ərzində artmırsa, valideynlər həkimlə məsləhətləşməni gecikdirməməlidirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости