https://news.day.az/azerinews/1860379.html Trampın sərvəti açıqlandı ABŞ Prezidenti Donald Trampın ümumi sərvətinin 7 milyard dollar olduğu açıqlanıb. Day.Az xəbər verir ki, "Forbes" jurnalının sentyabr ayında yenilənən hesablamalarına əsasən, Donald Tramp 2024-cü il prezident seçkisini qazandığı dövrlə müqayisədə hazırda 2,7 milyard dollar daha varlıdır. (Forbes)

Trampın sərvəti açıqlandı

Azərbaycanca, 16 сентября 2026 09:43 (UTC +04:00) 204
Trampın sərvəti açıqlandı

ABŞ Prezidenti Donald Trampın ümumi sərvətinin 7 milyard dollar olduğu açıqlanıb.

Day.Az xəbər verir ki, "Forbes" jurnalının sentyabr ayında yenilənən hesablamalarına əsasən, Donald Tramp 2024-cü il prezident seçkisini qazandığı dövrlə müqayisədə hazırda 2,7 milyard dollar daha varlıdır. (Forbes)

Nəşrin məlumatına görə, Trampın sərvətinin artmasında kriptovalyuta layihələri, eləcə də xarici şirkətlərlə bağlanan kommersiya razılaşmaları mühüm rol oynayıb. "Forbes" onun sərvətinin 2025-ci ilin sentyabrında 7,3 milyard dollara yüksəldiyini, son hesablamada isə 7 milyard dollar təşkil etdiyini bildirib. (Forbes)

Bundan başqa, Donald Trampın "Chevron", "ConocoPhillips", "Exxon Mobil", "Kinder Morgan", "Marathon Petroleum", "Occidental Petroleum", "Phillips 66", "Valero Energy" və "Williams Companies" kimi neft-qaz şirkətlərinə yatırımları da diqqət çəkib.

Qeyd edək ki, "Forbes"in 2026-cı il reytinqində Donald Tramp 7 milyard dollarlıq sərvətlə ABŞ-ın ən varlı 400 şəxsi arasında 245-ci yerdə qərarlaşıb. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости