Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
Moskvada Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Day.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş zamanı Dolakiyaya Londonun Ukraynaya pilotsuz uçuş aparatları və digər silah sistemlərinin tədarükünü artırması ilə əlaqədar qəti etiraz bildirilib.
Görüşdə Rusiya tərəfi Böyük Britaniyanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyini qarşıdurma xarakterli adlandırıb və bu mövqenin münaqişənin uzanmasına və eskalasiyasına şərait yaratdığını bildirib.
Rusiya XİN vurğulayıb ki, Moskva Ukrayna ərazisində Rusiyaya zərbələrin endirilməsində istifadə olunan Britaniya hərbi obyektlərini qanuni hədəflər hesab edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре