https://news.day.az/azerinews/1861442.html
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlandı
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlandı
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре