https://news.day.az/azerinews/1861801.html Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb Şəmkirdə 2013-cü ildə törədilmiş qətlin üstü açılıb.

Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb

Azərbaycanca, 22 сентября 2026 15:50 (UTC +04:00) 187
Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb

Şəmkirdə 2013-cü ildə törədilmiş qətlin üstü açılıb.

Day.Az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2013-cü il avqustun 5-də Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qətlə yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.

Birgə və koordinasiyalı şəkildə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı cib bıçağı ilə çoxsaylı zərbələr endirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, X.Məmmədov daha sonra mənzildən 100 manat pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən uzaqlaşıb.

X.Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində cinayəti törətdiyini etiraf edib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Şəmkir Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости