https://news.day.az/azerinews/1861823.html Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO Sentyabrın 22-də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO

Azərbaycanca, 22 сентября 2026 17:22 (UTC +04:00) 188
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

Sentyabrın 22-də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.

General-polkovnik Kərim Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.

Görüş zamanı tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Tərəflər, həmçinin hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

  • Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости