https://news.day.az/azerinews/1862104.html Qışda uşaqları xəstə edən soyuq deyilmiş Pediatr Günay Salehova bildirib ki, uşaqların soyuq havada xəstələnməsinin əsas səbəbi temperatur deyil, viruslarla təmasdır. Day.Az xəbər verir ki, hava şəraitinə uyğun geyindirilən uşağın açıq havada gəzməsi, hərəkət etməsi və gün işığından faydalanması sağlamlıq üçün vacibdir.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

Azərbaycanca, 24 сентября 2026 06:51 (UTC +04:00) 176
Qışda uşaqları xəstə edən soyuq deyilmiş

Pediatr Günay Salehova bildirib ki, uşaqların soyuq havada xəstələnməsinin əsas səbəbi temperatur deyil, viruslarla təmasdır.

Day.Az xəbər verir ki, hava şəraitinə uyğun geyindirilən uşağın açıq havada gəzməsi, hərəkət etməsi və gün işığından faydalanması sağlamlıq üçün vacibdir.

Mütəxəssis qeyd edib ki, uşağı həddindən artıq qalın geyindirmək də düzgün deyil. Qaçıb-oynayan uşaq tərləyə bilər və sonradan üşüməsi narahatlıq yarada bilər. Yüngül burun axması olan və ümumi vəziyyəti yaxşı olan uşaqlar qısa müddət açıq havada gəzə bilərlər.

Yüksək hərarət, ciddi halsızlıq, nəfəsalma çətinliyi və güclü öskürək zamanı isə uşağın istirahəti və həkim qiymətləndirməsi daha vacibdir. Pediatr uşaqların sağlamlığı üçün balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik, vaxtında peyvənd və düzgün gigiyenanın əhəmiyyətini vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости