https://news.day.az/azerinews/1862125.html Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür Berlin 2036-cı, 2040-cı və ya 2044-cü illərdə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməklə bağlı namizədliyini geri götürmək qərarına gəlib. AZƏRTAC xəbər verir ki, bu barədə Berlin və Brandenburqun ictimai yayım qurumu "rbb" məlumat yayıb.

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycanca, 23 сентября 2026 19:33 (UTC +04:00) 182
Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Berlin 2036-cı, 2040-cı və ya 2044-cü illərdə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməklə bağlı namizədliyini geri götürmək qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Berlin və Brandenburqun ictimai yayım qurumu "rbb" məlumat yayıb.

Bildirildiyinə görə, qərar Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) sentyabrın 26-da keçiriləcək səsverməsindən əvvəl rəsmiləşdiriləcək.

Berlin namizədliyini Brandenburq, Saksoniya və Meklenburq-Ön Pomeraniya ilə birlikdə irəli sürmüşdü. DOSB-nin qiymətləndirməsindən sonra paytaxtın namizədliyi sonuncu pillədə qərarlaşıb. Bundan başqa, Berlində sentyabrın 20-də keçirilən seçkilərdə qalib gələn Sol Partiyanın namizədi Elif Eralp paytaxtda Olimpiya Oyunlarının keçirilməsinə qarşı çıxıb.

Beləliklə, Almaniyanın namizədliyi uğrunda mübarizədə hazırda təkcə Münxen və Köln-Reyn-Rur qalır. DOSB-nin yekun qərarının sentyabrın 26-da Baden-Badendə qəbul ediləcəyi gözlənilir. 2036-cı il Olimpiya və Paralimpiya Oyunlarının ev sahibi ölkənin 2029-cu ilin ortalarında müəyyənləşdirilməsi nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости