https://news.day.az/azerinews/1862218.html Dekabrda ABŞ-də üçtərəfli görüş keçirilə bilər - Zelenski Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Mayamidə keçiriləcək G20 zirvə toplantısı Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüş üçün platformaya çevrilə bilər. Day.Az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayılıb.

Dekabrda ABŞ-də üçtərəfli görüş keçirilə bilər - Zelenski

Azərbaycanca, 24 сентября 2026 10:22 (UTC +04:00) 172
Dekabrda ABŞ-də üçtərəfli görüş keçirilə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Mayamidə keçiriləcək G20 zirvə toplantısı Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüş üçün platformaya çevrilə bilər.

Day.Az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayılıb.

"Mən hesab edirəm ki, bu, Amerika tərəfinin, Prezident Trampın G20 ilə bağlı təklif etdiyi ən yaxşı imkanlardan biridir. Hesab edirəm ki, bu, real nəticənin əldə olunacağı üçtərəfli görüşün keçirilməsi üçün potensial imkandır", - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, müzakirələrə Avropa, Çin, Hindistan və Yaxın Şərq ölkələrinin nümayəndələri də cəlb oluna bilər. Dövlət başçısı vurğulayıb ki, belə bir format reallaşacağı və müvafiq razılaşma əldə olunacağı təqdirdə, Ukrayna onu dəstəkləyəcək.

Qeyd edək ki, "Böyük İyirmiliyin" zirvə toplantısı dekabrın 14-15-də keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости