https://news.day.az/azerinews/1862283.html ABŞ və Çin "ticarət atəşkəsi"nin müddətini uzatdı ABŞ və Çin "Pusan razılaşması" kimi tanınan ikitərəfli "ticarət atəşkəsi"ni 2027-ci il yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər. Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.  

ABŞ və Çin "ticarət atəşkəsi"nin müddətini uzatdı

Azərbaycanca, 24 сентября 2026 14:21 (UTC +04:00) 181
ABŞ və Çin "ticarət atəşkəsi"nin müddətini uzatdı

ABŞ və Çin "Pusan razılaşması" kimi tanınan ikitərəfli "ticarət atəşkəsi"ni 2027-ci il yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib.

 

"Bu gün iki ölkə arasında müddəti noyabrın 10-da başa çatmalı olan, "Pusan razılaşması" adlanan sənədin müddətinin yanvarın 10-dək uzadılması barədə razılığa gəldik. Bu, iqtisadi sahədə imkanlarımızı qiymətləndirmək üçün bizə daha çox vaxt verəcək", - deyə Bessent bildirib.

"Fox News" qeyd edir ki, "Pusan razılaşması" 2025-ci ilin oktyabrında Prezident Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən əldə edilib. Razılaşma iki ölkə arasında iqtisadi gərginliyi azaltmağa yönəlmiş "ticarət müharibəsində" atəşkəs xarakteri daşıyır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости