Çox yatmaq sağlamlıq üçün risk yarada bilərmi?
30 ildən çox davam edən araşdırmada ürək-damar xəstəliyi olmayan 3305 yetkin şəxsin yuxu müddəti və sağlamlıq göstəriciləri araşdırılıb.
Day.Az xəbər verir ki, iştirakçılar gündə 6 saat və ya daha az, 7-8 saat, həmçinin 9 saat və daha çox yatanlar olmaqla üç qrupa bölünüb.
Nəticələrə görə, gündə 9 saat və daha çox yatanlarda bütün səbəblərdən ölüm riski 7-8 saat yatanlarla müqayisədə 17 faiz yüksək olub. Bununla belə, uzun yuxu ilə ürək-damar xəstəliklərindən ölüm arasında statistik əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Tədqiqat müşahidə xarakterli olduğundan çox yatmağın birbaşa ölüm riskini artırdığı nəticəsinə gəlmək olmaz. Mütəxəssislər yuxu müddəti ilə yanaşı, insanın ümumi sağlamlıq vəziyyətinin və yuxu rejiminin də nəzərə alınmasının vacibliyini bildirirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре