Zeytun tumlarını zibilə atmayın: Evdə belə istifadə edə bilərsiniz
Zeytun tumları sərt və davamlı quruluşuna görə dibçəklərdə drenaj təbəqəsi kimi istifadə oluna bilər.
Day.Az xəbər verir ki, bunun üçün tumların üzərindəki meyvə qalıqları tam təmizlənməli, yuyulmalı və yaxşıca qurudulmalıdır. Daha sonra dibçəyin alt hissəsinə yerləşdirilərək artıq suyun axmasına kömək edə bilər.
Tumları komposta da əlavə etmək mümkündür. Sərt olduqları üçün parçalanmaları uzun çəkdiyindən əvvəlcədən əzmək və ya xırdalamaq çürümə prosesini sürətləndirir. Onları meyvə qabıqları və digər nəmli orqanik tullantılarla birlikdə kompostda istifadə etmək olar.
Zeytun tumundan ağac yetişdirmək də mümkündür, lakin cücərmə prosesi həftələr, hətta aylar çəkə bilər. Tum təmizlənib bir neçə gün suda saxlanıldıqdan və səthi yüngül aşındırıldıqdan sonra nəmli, yaxşı drenajlı torpağa əkilir. Quru tumlar həmçinin müxtəlif ev əşyalarında, məsələn, isti qablar üçün altlıq hazırlanmasında da istifadə oluna bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре