https://news.day.az/azerinews/1862396.html ABA ödəniş kartları və elektron ödəniş hesabları üzrə limitlərə aydınlıq gətirib Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib.

ABA ödəniş kartları və elektron ödəniş hesabları üzrə limitlərə aydınlıq gətirib

Azərbaycanca, 24 сентября 2026 20:54 (UTC +04:00) 120
ABA ödəniş kartları və elektron ödəniş hesabları üzrə limitlərə aydınlıq gətirib

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı ictimaiyyətdə yaranan suallara aydınlıq gətirib.

ABA-dan Trend-ə verilən məlumata görə, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulan ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada bir, hər bir xarici valyuta üzrə isə bir ödəniş kartı nəzərdə tutulur.

"Bu o deməkdir ki, bankın təqdim etdiyi ayrı-ayrı kart məhsullarının hər biri üzrə müştəri ayrıca ödəniş kartı əldə edə bilər. Xarici valyutada da eyni yanaşma tətbiq edilir", - deyə ABA bildirib.

Assosiasiyadan verilən məlumata görə, elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada iki, hər bir xarici valyuta üzrə isə bir ödəniş hesabı nəzərdə tutulur.

ABA-dan bildirilib ki, sözügedən limitlər baza xarakteri daşıyır və risk əsaslı yanaşma çərçivəsində tətbiq edilir. Buna görə də onlar qəti xarakter daşımır.

"Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartı və ya elektron pula bağlı ödəniş hesabının istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların təşkilatda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, bank və ya elektron pul təşkilatı tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə həmin limitlərin artırılması mümkündür", - deyə açıqlamada vurğulanıb.

ABA bildirib ki, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil.

"Əsas məqsəd risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir", - deyə Azərbaycan Banklar Assosiasiyasından bildirilib.

Qeyd edək ki, Azərbaycanda bəzi banklar müştərilərin eyni kateqoriyaya və eyni valyutaya aid birdən artıq debet kartı əldə etməsinə məhdudiyyət tətbiq etməyə başlayıb. Bununla bağlı banklara müvafiq təlimatlar göndərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости