Məşqdən sonra əzələləri bərpa etməyin 6 qaydası
Mütəxəssislər xüsusilə 30 yaşdan sonra məşqdən sonrakı bərpanın əzələ kütləsinin qorunması və fiziki sağlamlıq üçün vacib olduğunu bildirirlər.
Day.Az xəbər verir ki, bunun üçün 7-9 saat keyfiyyətli yuxu, kifayət qədər su və zülal qəbulu, həmçinin məşqdən sonra düzgün uzanmaq tövsiyə olunur.
Bərpa prosesini sürətləndirmək üçün isti duş və ya sauna qəbul etmək, stressi azaltmaq və müntəzəm tibbi yoxlamalardan keçmək də faydalı hesab olunur. Məşqdən sonra 20-40 qram zülal qəbulu əzələ toxumasının bərpasını dəstəkləyə bilər.
Əzələ ağrılarının 1-2 gün davam etməsi normal sayılsa da, ağrının uzun müddət keçməməsi və ya oynaqlarda sızıltı yaranması diqqət tələb edir. Belə hallarda məşqin intensivliyini azaltmaq və zədələnmə riskindən qorunmaq tövsiyə edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре