https://news.day.az/azerinews/1862680.html Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib, prioritetlər müzakirə olunub - FOTO Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib, əsas prioritetlər müzakirə olunub. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edilib.

Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib, prioritetlər müzakirə olunub - FOTO

Azərbaycanca, 25 сентября 2026 19:13 (UTC +04:00) 140
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib, prioritetlər müzakirə olunub

Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib, əsas prioritetlər müzakirə olunub.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına sədrlik edib və iclasda çıxış edib.

"Nazir çıxışında ortaq köklər və tarixlə bağlı olan türk dövlətləri arasında birliyin dərinləşməsinə toxunaraq, dəyişən qlobal çağırışlar fonunda çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinin strateji zərurət olduğunu vurğulayıb.

Ceyhun Bayramov Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərar və irəli sürülmüş təşəbbüslərdən sonra Azərbaycanın sədrliyi çərçivəsində əldə olunan əsas nəticələr barədə məlumat verib.

Nazir çıxışı zamanı Azərbaycanda keçirilən tədbirlərdə fəal iştiraklarına görə üzv dövlətlərə təşəkkür edib. Türk xalqlarının dilinin, tarixinin və mədəni irsinin öyrənilməsinə mühüm töhfə vermiş Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunmuş tədbirlər mühüm nailiyyət kimi qeyd edilib.

Bundan əlavə, Bakıda keçirilmiş, o cümlədən Təhlükəsizlik Şuraları katiblərinin, Müsəlman Dini Qurumları Rəhbərləri Şurasının və aparıcı milli analitik mərkəzlərin görüşləri bu gündəliyin əhatə dairəsinin genişliyini nümayiş etdirib.

TDT-nin beynəlxalq mövqeyinin daha da gücləndirilməsinin vacibliyini vurğulayan nazir təşkilata BMT Baş Assambleyasında müşahidəçi statusunun verilməsinin ümumi məqsədlərdən biri olduğunu qeyd edib.

O, türk coğrafiyasında fiziki nəqliyyat əlaqələrinin və tranzit infrastrukturunun gücləndirilməsinin, bununla da regional dayanıqlılığın və əlaqəliliyin artırılmasının strateji zərurət olduğunu bir daha vurğulayıb.

Bununla yanaşı, biznes icmaları və xalqlar üçün birbaşa imkanlar yaratmaq məqsədilə ticarət, enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT), elm, texnologiya və mədəniyyət sahələrində praktiki və ayrı-ayrı sektorlar üzrə əməkdaşlığın genişləndirilməsinin yüksək prioritet daşıdığı qeyd olunub.

Xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəyə COP31-in Antalyada və qarşıdan gələn 13-cü TDT Zirvə Görüşünün Ankarada keçirilməsi münasibətilə uğurlar arzulayıb və Azərbaycanın davamlı dəstəyini bir daha təsdiqləyib.

İclas Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bəyanatının qəbul edilməsi ilə uğurla başa çatıb.

  • Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib, prioritetlər müzakirə olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости