https://news.day.az/azerinews/1863636.html Hüquq-mühafizə orqanları qanunsuzluqlarla mübarizə apararkən iqtisadi inkişafa təkan verməlidir - Baş prokuror (ANONS) Hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq fəaliyyətini elə qurmalıdır ki, qanunsuzluqlarla mübarizə aparmaqla yanaşı, ölkədə həyata keçirilən iqtisadi islahatlara və iqtisadi inkişafa təkan versin.

Hüquq-mühafizə orqanları qanunsuzluqlarla mübarizə apararkən iqtisadi inkişafa təkan verməlidir - Baş prokuror (ANONS)

Azərbaycanca, 30 сентября 2026 12:06 (UTC +04:00) 157
Hüquq-mühafizə orqanları qanunsuzluqlarla mübarizə apararkən iqtisadi inkişafa təkan verməlidir

Hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq fəaliyyətini elə qurmalıdır ki, qanunsuzluqlarla mübarizə aparmaqla yanaşı, ölkədə həyata keçirilən iqtisadi islahatlara və iqtisadi inkişafa təkan versin.

Day.Az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və Real Təhlil İnformasiya Mərkəzinə birgə müsahibəsində deyib.

Qanuni fəaliyyət göstərən sahibkarların hüquqlarının qorunması ilə qanunsuzluqlara qarşı mübarizə arasında tarazlığa dair sualı cavablandıran Kamran Əliyev məsələni həssas və vacib adlandırıb.

"Hər bir cəmiyyətin inkişafı üçün iqtisadiyyat mühüm əhəmiyyət daşıyır. İqtisadiyyatın uğurlu inkişafı üçün isə sahibkarlıq fəaliyyəti sərbəst, eyni zamanda qanun çərçivəsində həyata keçirilməlidir", - Baş prokuror bildirib.

O qeyd edib ki, nəzarət sahibkarlığın və iqtisadiyyatın inkişafına mane olmamalıdır.

"Əsas rolumuz da bundan ibarətdir: iqtisadi inkişafı əngəlləməmək, əksinə, ona təkan vermək. Buna görə də prokurorluğun aidiyyəti dövlət qurumları və özəl sektorla işini elə qurmağa çalışırıq ki, fəaliyyətimiz fayda gətirsin", - Kamran Əliyev əlavə edib.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin Trend Beynəlxalq İnformasiya Agentliyinə və Real Təhlil İnformasiya Mərkəzinə verdiyi birgə müsahibə sentyabrın 30-u saat 21:00-da yayımlanacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости