https://news.day.az/azerinews/1864250.html Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik Rozmarin və gicitkəndən hazırlanan bitki tərkibli tonik saç tökülməsinə qarşı ev şəraitində istifadə olunan təbii vasitələrdən biri kimi təqdim edilir. Qarışımın baş dərisində qan dövranını dəstəklədiyi və saç köklərinin fəaliyyətinə kömək etdiyi bildirilir.

Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik

Azərbaycanca, 3 октября 2026 06:51 (UTC +04:00) 180
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik

Rozmarin və gicitkəndən hazırlanan bitki tərkibli tonik saç tökülməsinə qarşı ev şəraitində istifadə olunan təbii vasitələrdən biri kimi təqdim edilir. Qarışımın baş dərisində qan dövranını dəstəklədiyi və saç köklərinin fəaliyyətinə kömək etdiyi bildirilir.

Day.Az xəbər verir ki, toniki hazırlamaq üçün 2 stəkan suya 2 xörək qaşığı rozmarin və 1 xörək qaşığı gicitkən əlavə edilərək 15-20 dəqiqə dəmlənir.

Soyuduqdan sonra süzülüb sprey qabına tökülür və saç yuyulduqdan sonra baş dərisinə tətbiq edilərək masaj olunur.

Qarışımın həftədə 2-3 dəfə istifadəsi tövsiyə edilir. Lakin bitki tərkibli məhsullar da allergik reaksiyaya səbəb ola bilər. Buna görə istifadədən əvvəl kiçik dəri sahəsində sınaq aparılması, baş dərisində yara və ya xroniki problem olduqda isə dermatoloqla məsləhətləşilməsi məsləhətdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости