https://news.day.az/azerinews/1864327.html Yağıntılı hava nə vaxtadək davam edəcək? Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Azərbaycanca, 3 октября 2026 10:00 (UTC +04:00) 175
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda 2-5° isti, gündüz 5-8° isti olacaq.

Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости