Tələbələr üçün hansı güzəştlər mövcuddur? - VİDEO
Ölkəmizdə tələbələr üçün güzəştlər əsasən ictimai nəqliyyat və bəzi muzeylərə girişlə məhdudlaşır. Halbuki qonşu və Avropa ölkələrində tələbələr üçün nəqliyyat, tibbi xidmət, əyləncə, restoran və digər sahələrdə daha geniş güzəştlər tətbiq olunur. Məsələn, bəzi ölkələrdə tələbə kartı ilə aylıq cüzi ödəniş qarşılığında avtobus, metro və tramvaydan limitsiz istifadə etmək mümkündür.
Day.Az xəbər verir ki, tələbələr üçün digər əsas problem yataqxanaların çatışmazlığı və kirayə qiymətlərinin yüksək olmasıdır.
Xüsusilə rayonlardan Bakıya təhsil almağa gələn tələbələr münasib qiymətə yaşayış yeri tapmaqda çətinlik çəkirlər. Mövcud universitet yataqxanalarının sayı məhduddur və əsasən sosial güzəştlərə ehtiyacı olan tələbələr üçün nəzərdə tutulur. Mütəxəssislər hesab edirlər ki, müasir və əlçatan tələbə yataqxanalarının yaradılması üçün universitetlər və özəl sektor daha fəal əməkdaşlıq etməlidir.
Ekspertlərin fikrincə, tələbələr üçün güzəştlərin əhatə dairəsi genişləndirilməlidir. Yataqxana və ictimai nəqliyyatla yanaşı, tibbi xidmət, qidalanma, əyləncə, kitabxana və digər xidmət sahələrində də tələbələr üçün real güzəştlərin tətbiqi vacibdir.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре