https://news.day.az/azerinews/1865097.html Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda təşkil olunan dünya çempionatında bürünc medal əldə edib. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Braziliya cüdoçusu Daniel Karninlə üz-üzə gəlib. Məmmədəliyev rəqibinə qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub.

Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanca, 6 октября 2026 19:18 (UTC +04:00) 249
Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda təşkil olunan dünya çempionatında bürünc medal əldə edib.

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Braziliya cüdoçusu Daniel Karninlə üz-üzə gəlib. Məmmədəliyev rəqibinə qalib gələrək dünya çempionatının bürünc medalına sahib olub.

Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) 1/8 finalda, Xədicə Qədəşova (57 kiloqram) isə 1/32 finalda məğlub olaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu titulunu qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости