https://news.day.az/azerinews/1866728.html İctimai nəqliyyatda NFC ödənişlərə nə üçün limit var? - Səbəb açıqlandı - VİDEO Avtobus və metroda bank kartı və ya telefon vasitəsilə ödəniş zamanı bir kartdan ardıcıl yalnız iki dəfə istifadə etmək mümkündür. Bu məhdudiyyət eyni nəqliyyat vasitəsi ilə bir neçə ailə üzvü səfər edərkən çətinlik yaradır.

İctimai nəqliyyatda NFC ödənişlərə nə üçün limit var? - Səbəb açıqlandı - VİDEO

Azərbaycanca, 13 октября 2026 16:07 (UTC +04:00) 236
İctimai nəqliyyatda NFC ödənişlərə nə üçün limit var?

Avtobus və metroda bank kartı və ya telefon vasitəsilə ödəniş zamanı bir kartdan ardıcıl yalnız iki dəfə istifadə etmək mümkündür. Bu məhdudiyyət eyni nəqliyyat vasitəsi ilə bir neçə ailə üzvü səfər edərkən çətinlik yaradır. Sərnişinlər limitin aradan qaldırılmasını və kartdakı vəsait hesabına daha çox şəxsin gediş haqqının ödənilməsini istəyirlər.

Day.Az-ın məlumatına görə, nəqliyyat eksperti Adil Nəbiyev hesab edir ki, belə bir məhdudiyyət tətbiq olunursa, onun səbəbləri sərnişinlərə aydın izah edilməlidir. Onun sözlərinə görə, limit əlavə çətinliklər yaradır, sərnişinləri başqa ödəniş vasitələri axtarmağa məcbur edir və avtobuslarda gecikmələrə səbəb ola bilər.

BakıKartdan bildirilib ki, balansda kifayət qədər vəsait olduqda BakıKart smart kartı ilə istənilən sayda ardıcıl ödəniş etmək mümkündür. Bank kartları və NFC vasitəsilə ödənişlərdə isə limit bank əməliyyatları və risklərin idarə olunması ilə bağlıdır. Hazırda avtobuslarda bank kartları ilə ardıcıl ödəniş limitinin ikidən üçə qaldırılması və üçüncü əməliyyatın mümkünləşdirilməsi üçün aidiyyəti banklarla iş aparılır.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости