2050-ci ilə qədər uşaqların 40 faizində miopiya yarana bilər
2050-ci ilə qədər dünya üzrə uşaq və yeniyetmələrin təxminən 40 faizinin miopiyadan, yəni uzaqdakı obyektləri aydın görə bilməməkdən əziyyət çəkəcəyi proqnozlaşdırılır. Bu barədə rusiyalı oftalmoloq Angelina Kazantseva məlumat verib.
Day.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, həmin dövrə qədər dünyada 740 milyondan çox uşaq və yeniyetmədə görmə zəifliyi müşahidə oluna bilər. Ümumilikdə isə miopiyanın dünya əhalisinin təxminən yarısına, yəni 4,9 milyard insana təsir edəcəyi ehtimal edilir.
Proqnozlar uşaqlar və gənclər arasında görmə problemlərinin qlobal miqyasda artacağını göstərir. Buna görə də görmə sağlamlığının qorunması və problemlərin vaxtında aşkarlanması xüsusi əhəmiyyət daşıyır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре