https://news.day.az/azerinews/1866875.html Azərbaycanda dövlət satınalmalarında 454 milyon manat qənaət edilib Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektron dövlət satınalmaları nəticəsində dövlət büdcəsinin 454 milyon manat vəsaitinə qənaət edilib.

Azərbaycanda dövlət satınalmalarında 454 milyon manat qənaət edilib

Azərbaycanca, 14 октября 2026 10:35 (UTC +04:00) 173
Azərbaycanda dövlət satınalmalarında 454 milyon manat qənaət edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektron dövlət satınalmaları nəticəsində dövlət büdcəsinin 454 milyon manat vəsaitinə qənaət edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat çərşənbə günü III Milli Rəqabət Forumunda nümayiş etdirilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hazırladığı videoçarxda səsləndirilib.

Bildirilib ki, hesabat dövründə keçirilən 5 523 elektron satınalmanın həcmi 2 milyard 703 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artıb.

Elektron satınalmalar üzrə təchizatçıların orta sayı 3,5, yeni iştirakçıların payı isə 21,12 faiz olub. Kiçik və orta biznes subyektlərinin ümumi satınalmalarda payı 79 faiz təşkil edib.

Dövlət satınalmalarının vahid internet portalında elan olunan satınalmaların şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı da yaradılıb.

Həmçinin təchizatçıların qiymət təkliflərini tam elektron şəkildə təqdim etməsi, təkliflərinə malların markası, modeli, istehsalçısı və mənşə ölkəsi barədə məlumatları əlavə etməsi təmin olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости