Natiq Əliyev: OPEC-in Vyana görüşündən gözləntilər müsbətdir
Day.Az представляет новость на азербайджанском языке
Energetika naziri Natiq Əliyev OPEC və təşkilata üzv olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı müqavilənin bu gün yekunlaşdırılmasını gözləyir.
Trend-in məlumatına görə, bunu N.Əliyev "RİA Novosti" agentliyinə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, bugünkü görüşdən gözləntiləri müsbətdir: "Ancaq düşünürəm ki, biz bu görüşün nəticəsindən asılı olmayaraq, səylərimizi davam etdirməliyik".
Qeyd edək ki, bu gün Vyanada OPEC-lə təşkilata üzv olmayan neft ölkələrinin iclası keçiriləcək. Bu görüşün Moskvada keçrilməsi planlaşdırılsa da, daha sonra təxirə salınaraq dekabrın 10-u Vyanaya keçirilmişdi.
Noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре