Amaliya Pənahovadan yeni imici ilə bağlı açıqlama

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verildiyi kimi, xalq artisti Amaliya Pənahova imicini dəyişib. Son illər görünüşündə tez-tez dəyişiklik edən aktrisa bu dəfə saçını qısa kəsdirib. 

Day.Az bildirir ki, ölkə.az-a bu haqda açıqlama verən aktrisa yeni filmə çəkildiyini söyləyib:

"Başa düşmürəm, imicimi dəyişməyim, yeni saç düzümüm niyə insanlara belə maraqlıdır? Burada qəribə nə var axı? Mən qadınam, saçımda, imicimdə dəyişiklik edə bilərəm. Yeni filmə çəkilirəm. Ona görə də zahiri görünüşümdə dəyişiklik etmişəm".

Qeyd edək ki, xalq artistinin yeni fotosunu əməkdar artist Mətanət İsgəndərli paylaşıb. Müğənni şəklə "Amaliya Pənahovanın həyat yoldaşı, mərhum Yusif Muxtarovun anım günündə" sözlərini yazıb.

Fotoda M.İsgəndərlinin oğlu Kərim də yer alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.