https://news.day.az/azerinews/866368.html Uşağın gözü qarşısında qadını vurdu, öldüyünü zənn edib qaçdı - VIDEO

Uşağın gözü qarşısında qadını vurdu, öldüyünü zənn edib qaçdı - VIDEO

Azərbaycanca, 6 февраля 2017 19:51 (UTC +04:00) 1 591
Uşağın gözü qarşısında qadını vurdu, öldüyünü zənn edib qaçdı

Day.Az представляет новость на азербайджанском языке

Şəmkirdə 38 yaşlı piyada vurulub.

ARB Kəpəz xəbər verir ki, Şəmkir rayonun Qasımallar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Kənd sakini, 38 yaşlı Elnarə Hüseynova yaşadığı evin yaxınlığında oğlu 13 yaşlı Nəbi Hüseynov ilə yolu keçmək istəyərkən "Niva" markalı avtomobil onu vurub. Sürücü və iki sərnişini qadını yaralı halda qoyaraq ərazidən uzaqlaşıblar.

Təranə Hüseynova - zərərçəkənin baldızı: "Uşaq qışqırıb ki, gəlin anama kömək edin. Üçü də maşına minib gediblər. Bizim bir xahişimiz odur ki, vuranları tapsınlar".

Yaralı əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Şəmkirdə 38 yaşlı piyada vurulub

  • Uşağın gözü qarşısında qadını vurdu, öldüyünü zənn edib qaçdı
  • Uşağın gözü qarşısında qadını vurdu, öldüyünü zənn edib qaçdı
  • Uşağın gözü qarşısında qadını vurdu, öldüyünü zənn edib qaçdı
  • Uşağın gözü qarşısında qadını vurdu, öldüyünü zənn edib qaçdı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости