İcraçı direktor: ""Cənub Qaz Dəhlizi" IGB layihəsinin irəliləyişində əsas rol oynayır"
Day.Az представляет новость на азербайджанском языке
"Cənub Qaz Dəhlizi" Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin irəliləyişində əsas rol oynayır.
Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında layihənin operatoru olan ICBG AD şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.
O qeyd edib ki, bu iki layihə bir-biri ilə qarşılıqlı əlaqəlidir: "Biz Bolqarıstan və Azərbaycan arasında sıx tərəfdaşlığa çox ümid edirik".

T.Georgiyeva bildirib ki, Azərbaycanın planına uyğun gəlmək və 2020-ci ildə Avropaya qaz tədarük etmək üçün 2018-ci ildə IGB-nin tikintisinə başlamaq lazımdır.
İcraçı direktorun sözlərinə görə, SOCAR-ın IGB-də müəyyən gücü özünə ayırması sübut edir ki, IGB "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsində mühüm rol oynayan layihə kimi qəbul edilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре