Çində zəlzələ: 180 bina dağıldı - YENİLƏNİB - FOTOLAR - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
----------
09:55
Çinin Sincan Uyğur Muxtar Rayonunda baş verən zəlzələ nəticəsində azı 180 bina tam və yaxud qismən dağılıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 8 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.
Yerli vaxtla saat 01:00-da qeydə alınan 5,5 ballıq zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
---------
09:32
Çinin şimal-qərbində Sincan-Uyğur muxtar rayonunda baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində 4 nəfər həlak olub.
Trend-in verdiyi məlumata görə, bu haqda Sinxua agentliyi xəbər verir.
Çin seysmoloji mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 5:58 radələrində Kaşqar dairəsinin Daşqurqan-Tacik muxtar qəzasında qeydə alınıb.
Son məlumata görə zəlzələ nəticəsində 4 nəfər ölüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре