Azərbaycanlı aparıcının halı pisləşdi, çəkiliş dayandı - VİDEO

13 октября 2017 16:27

Day.Az представляет новость на азербайджанском языке

"Space TV"nin aparıcısı Zamirə Dadaşovanın müəllifi olduğu "Ürəyini mənə aç" verilişinin çəkilişləri zamanı halı pisləşib. Xanım aparıcı sarsıntı keçirib.

Day.Az xəbər verir ki, yenicag.az heç yerdə yayımlanmayan həmin görüntünü əldə edib.

Aparıcı hadisəni belə şərh edib:

"Verilişin qəhrəmanı Xocalıda əsir düşən və başına olmazın fəlakətlər gələn Dürdanə Ağayeva adlı xanım idi. Səhər onun evində çəkiliş etdik, ağrı-acısını danışdı. Daha sonra verilişin formatına uyğun olaraq, klinikada və restoranda olduq. Muğam ifaçısı Nigar Şabanova da bizimlə idi. Restoranda Dürdanə xanım yenə də yaşadığı dəhşətləri danışanda özümü saxlaya bilmədim. 20 yaşlı bir qızın başına gələn hadisələr məni şoka saldı. Qəfildən isterikaya düşdüm və hönkürtü ilə ağlamağa başladım. Kameraya işarə etdim ki, saxlayın. Su gətirib üzümə çilədilər, sakitləşdirici verdilər. Verilişi yarımçıq saxladıq. Sonradan efirdə həmin yeri basqa görüntü ilə doldurmalı olduq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı aparıcının halı pisləşdi, çəkiliş dayandı