"Vüsaləyə nə qədər səs lazım idisə yolladım"

Day.Az представляет новость на азербайджанском языке

Dünən "Maşın" şouda səsvermə nəticəsində müğənni Günel Ələkbərovaya qalib gələn aparıcı Vüsalə Kərimovaya dəstək duranlardan biri də bir yerdə çalışdığı, prodüseri olduğu aparıcı Yaşar Cəlilovdur.

Day.Az xəbər verir ki, xəbərçi.az-a fikirlərini bildirən ifaçı təəssüratlarını bölüşüb:

"Öncə Vüsaləni təbrik edirəm, o xalqın səsinə layiq idi. Daha sonra isə demək istəyirəm ki, Vüsaləyə nə qədər səs lazım idisə yolladım. Amma mən tək başına 66 faiz səs yollaya bilməzdim. Vüsalə mənimçün dəyərlidir, dostumdur, prodüserimdi, təbii ki, desəm səs vermədim, yalan olar. Amma insanın gərək yaxşı dostları ola... Vüsalə də çox yaxşı insandır, illərdir televiziyadadır, professionaldır, ona görə həm xalq, həm biz dostları ona dəstək olduq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.