"Telefonunu çırpdım yerə, pulu verdi"

Day.Az представляет новость на азербайджанском языке

Bu il avqustun 29-unda Nəsimi rayon ərazisində yerləşən restoranlardan birində naməlum şəxs Bakı sakini Təbriz Allahverdiyevi bıçaqla hədələyərək 110 manat pulunu və telefonunu əlindən alıb.

Day.Az ARB TV-yə istinadla xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri zamanı cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi sakini Taryel Təhməzov saxlanılıb.

O, ifadəsində qeyd edilən cinayəti törətməsini etiraf edib:

"Həmkəndlim gəldi, oturub çörək yedik. Kafeyə borcum var idi. Pul istədim, dedim ki, kafeyə borcum var. Vermədi, mən də telefonunu götürüb yerə çırpdım. Sonra özü pulu verdi".

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: