https://news.day.az/azerinews/942210.html Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır - VİDEO Day.Az представляет новость на азербайджанском языке Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır. Day.Az xezerxeber.az-a istinadən bildirir ki, eyni günə bir neçə dəqiq fənn salınır, yaxud nisbətən ağır fənlər sonuncu saatlara təyin edilir.

Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır - VİDEO

Azərbaycanca, 17 октября 2017 21:46 (UTC +04:00) 1 796
Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır

Day.Az представляет новость на азербайджанском языке

Bəzi orta məktəblərdə dərs bölgüsü düzgün aparılmır.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, eyni günə bir neçə dəqiq fənn salınır, yaxud nisbətən ağır fənlər sonuncu saatlara təyin edilir.
Orta ümumtəhsil müəssisələrinin əksəriyyətində cədvəl hazırlanarkən şagirdin dərs yükü nəzərə alınmır. Eyni günə bir neçə dəqiq və ağır fənnin salınması şagirdlərin həmin fənnləri qavramasını çətinləşdirir.
Fənlərin cədvəl üzrə yeri də düzgün təyin edilmir. Bəzi məktəblərdə qəbul imtahanlarında bütün qruplarda yer alan Azərbaycan dili fənni sonuncu, zehni əziyyət tələb etməyən idman dərsi isə ilk saatlara salınır.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, dərs cədvəlləri təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilir və nazirlik bu işə qarışmır. Əgər kimsə dərs bölgüsündən və fənlərin cədvəl üzrə yerləşdirilməsindən narazıdırsa, məktəb rəhbərliyinə müraciət edə bilər. Cədvəlin dəyişdirilib-dəyişdirilməməsi isə yenə də həmin təhsil müəssisəsinin rəhbərliyinin səlahiyyətindədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости