https://news.day.az/azerinews/945757.html Rusiyada azərbaycanlı biznesmen oğurlandı Day.Az представляет новость на азербайджанском языке Rusiyada Azərbaycan əsilli şəxs oğurlanıb. APA-nın "Fontanka" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 25-də Peterburqun Viborqsk rayonunda Engels prospektində  baş verib. Dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayıb.

Rusiyada azərbaycanlı biznesmen oğurlandı

Azərbaycanca, 29 октября 2017 18:58 (UTC +04:00) 621
Rusiyada azərbaycanlı biznesmen oğurlandı

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada Azərbaycan əsilli şəxs oğurlanıb.

APA-nın "Fontanka" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 25-də Peterburqun Viborqsk rayonunda Engels prospektində  baş verib.

Dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayıb. Həmin an müşahidə kamerasına düşüb. Onlar öncə kişini yerə yatırır, sonra isə "Volkswagen Caravelle" markalı göy rəngli mikroavtobusa əyləşdirirlər. Daha sonra həmin şəxslər oğurladıqları kişinin 45 yaşlı həyat yoldaşına zəng açıb və ərinin azadlığa çıxması üçün 1,5 milyon avro tələb ediblər. Oğurlanan şəxs Astara rayonunun Ərçivan kəndində anadan olub, hazırda Peterburqun Prosveşeniya prospektində qeydiyyatdadır. O, əvvəllər ərzaq daşınması ilə məşğul olan kiçik firma sahibi olub, firma 2013-cü ildə bağlanıb.

 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости