https://news.day.az/azerinews/945966.html Sünnət zamanı cinsiyyət orqanını itirdi - 17 il sonra bərpa etdi Day.Az представляет новость на азербайджанском языке Dünyada üçüncü dəfə cinsiyyət orqanı transplantasiyası həyata keçirilib. Medicina.az xəbər verir ki, əməliyyat 40 yaşlı kişi üzərində aparılıb. Çətin əməliyyat, ilk dəfə 2014-cü ildə orqan nəqlini həyata keçirən afrikalı həkimlər tərəfindən aparılıb.

Sünnət zamanı cinsiyyət orqanını itirdi - 17 il sonra bərpa etdi

Azərbaycanca, 30 октября 2017 23:00 (UTC +04:00) 1 451
Sünnət zamanı cinsiyyət orqanını itirdi

Day.Az представляет новость на азербайджанском языке

Dünyada üçüncü dəfə cinsiyyət orqanı transplantasiyası həyata keçirilib.

Medicina.az xəbər verir ki, əməliyyat 40 yaşlı kişi üzərində aparılıb. Çətin əməliyyat, ilk dəfə 2014-cü ildə orqan nəqlini həyata keçirən afrikalı həkimlər tərəfindən aparılıb. Orqanda rəng fərqliliyi olsa da, 10 saat çəkən əməliyyat uğurlu şəkildə sonlandırılıb. Həkimlərin sözlərinə görə, rəng fərqi bu ilin sonlarına yaxın bərpa ediləcək.

Cərrah Andrevan Der hazırda xəstənin vəziyyətinin stabil olduğunu bildirib.

Əməliyyatdan 6 ay sonra isə kişinin idrar yolu funksiyalarının düzələcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, pasiyent cinsiyyət orqanını sünnət zamanı itirib. Həkimlər isə orqanı 17 il sonra bərpa ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости